3 noyabr 2026. Çərşənbə axşamı

“Qarabağ” “Şəfa”nı minimal hesabla məğlub etdi


“Qarabağ” “Şəfa”nı minimal hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasının VI turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şəfa”nı qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın yeganə qolu 61-ci dəqiqədə vurulub. Əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib.

Bu qələbə ilə xallarını 13-ə çatdıran Qurban Qurbanovun rəhbərlik etdiyi komanda turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Şəfa” isə 3 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, VI turun açılış oyununda “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb