22 sentyabr 2026. Çərşənbə axşamı

“Araz-Naxçıvan” Zaur İsmayılov və Cavid Hüseynovla yollarını ayırdı


“Araz-Naxçıvan” Zaur İsmayılov və Cavid Hüseynovla yollarını ayırdı

“Araz-Naxçıvan” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, hər iki mütəxəssis cari mövsümün əvvəlində “Araz-Naxçıvan”ın məşqçilər heyətinə qoşulub. Zaur İsmayılovun rəhbərlik etdiyi komanda Premyer Liqada keçirdiyi 6 oyunda cəmi 2 xal toplayıb.

Naxçıvan təmsilçisi hazırda turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol