23 sentyabr 2026. Çərşənbə

“Xankəndi” bu ildən ev oyunlarını doğma şəhərində keçirəcək


“Xankəndi” bu ildən ev oyunlarını doğma şəhərində keçirəcək

Azərbaycan I Liqasında mübarizə aparan “Xankəndi” futbol klubu ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, hazırda Xankəndi şəhər stadionunda təmir işləri aparılır. İşlərin bu ayın sonunadək tamamlanması planlaşdırılır.

Təmir başa çatdıqdan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

“Xankəndi”nin şəhərdə ilk ev oyununun tarixi isə stadionun açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.







Misli Premyer liqa