- Misli Premyer liqa
- 16:23 23.09.2026
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VI turu və I Liqanın III turu üzrə baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqanın “Sabah” – “İmişli” matçında 90+1-ci dəqiqədə hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Luis Silvestr 4 oyunluq cəzalandırılıb. “İmişli” klubu isə bu hadisəyə görə 10 000 manat məbləğində cərimə olunub.
Həmin qarşılaşmada bölgə təmsilçisinin 5 futbolçusunun sarı vərəqə alması səbəbindən klub daha 700 manat cərimə ödəyəcək.
“Turаn Tovuz” – “Zirə” oyununda paytaxt klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə” 700 manat cərimələnib.
“Şamaxı” – “Araz-Naxçıvan” qarşılaşmasında isə hər iki komandadan 4 futbolçu sarı vərəqə alıb. Buna görə klubların hər biri 700 manat məbləğində cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçında qonaq komandanın 5 futbolçusunun sarı vərəqə alması “Sumqayıt”ın 700 manat cərimələnməsi ilə nəticələnib.
İntizam Komitəsi I Liqanın III turunda keçirilən “Karvan-Yevlax” – “Zaqatala” qarşılaşmasına da hüquqi qiymət verib. Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Zaqatala”nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb. Klub isə 1 000 manat məbləğində cərimə olunub.