- Misli Premyer liqa
- 16:23 23.09.2026
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Şəfa”nın hazırlıq planı müəyyənləşib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 5 günlük istirahətdən sonra komanda bu gün səhər məşqlərə başlayıb. Hazırlıq prosesinin bir hissəsi Qəbələdə keçiriləcək.
Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv fasilə müddətində bir yoxlama oyunu da keçirəcək. “Şəfa” oktyabrın 3-də Bakıda “İmişli” ilə qarşılaşacaq.
Beləliklə, paytaxt təmsilçisi Premyer Liqada növbəti oyunlarına hazırlığı yoxlama görüşü ilə davam etdirəcək.