23 sentyabr 2026. Çərşənbə

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov oldu


“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov oldu

“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, ukraynalı mütəxəssis Yuri Maksimov bu vəzifəyə təyin olunub. 58 yaşlı çalışdırıcı ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Məşqçilər korpusunda digər təyinatlarla bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Yuri Maksimov karyerası ərzində “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon” və Kiyev ÇSKA-sı kimi klublarda baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, ukraynalı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyulunadək “Keşlə”nin (indiki “Şamaxı”) baş məşqçisi olub. Maksimov həmin dövrdə paytaxt klubuna Azərbaycan Kubokunu qazandırıb.







Misli Premyer liqa