25 sentyabr 2026. Cümə

“Araz-Naxçıvan” milli fasilədə iki yoxlama oyunu keçirəcək


“Araz-Naxçıvan” milli fasilədə iki yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən “Araz-Naxçıvan” da yararlanacaq.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi fasilə müddətində iki yoxlama oyunu keçirəcək.

“Araz-Naxçıvan” sentyabrın 27-də saat 16:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “İmişli” ilə qarşılaşacaq.

Komandanın növbəti yoxlama görüşü oktyabrın 2-də “Neftçi”yə qarşı olacaq. Bu matçın keçiriləcəyi məkan hələ müəyyənləşməyib.







Misli Premyer liqa