25 sentyabr 2026. Cümə

“Şəfa” “Zirə”nin qapıçısını heyətinə qatdı


“Şəfa” “Zirə”nin qapıçısını heyətinə qatdı

“Şəfa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Bakı klubu portuqaliyalı qapıçı Tiaqo Silva ilə müqavilə imzalayıb. 26 yaşlı qolkiperlə anlaşma 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

Tiaqo Silva son üç mövsümdə Azərbaycan Premyer Liqasında “Zirə”nin formasını geyinib.

“Benfika”nın yetirməsi olan qapıçı Portuqaliyada “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarında da çıxış edib.







Misli Premyer liqa