- Misli Premyer liqa
- 18:07 30.09.2026
Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Turan Tovuz” – “İmişli” qarşılaşmasının keçirilmə vaxtı və məkanı dəyişdirilib.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, “Turan Tovuz” oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qadın voleybolu üzrə Çempionlar Liqası oyunu ilə əlaqədar müraciət edib.
Tovuz təmsilçisi VIII turda oktyabrın 18-də “İmişli” ilə nəzərdə tutulan görüşün XVIII turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşması ilə dəyişdirilməsini istəyib. “İmişli”nin razılığını nəzərə alan PFL müraciəti təmin edib.
Qərara əsasən, VIII tur çərçivəsində “Turan Tovuz” – “İmişli” matçı oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.