- Misli Premyer liqa
- 21:37 01.10.2026
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
90deqiqe.Az-ın Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən məlumatına görə, mərhələnin qarşılaşmaları üç gün ərzində keçiriləcək.
7 oktyabr
14:30. “Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan Olimpiya İdman Kompleksi stadionu
14:30. “Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan Olimpiya İdman Kompleksi stadionu
8 oktyabr
14:00. “Difai” – “Zəngəzur”
“Palms Sports” Futbol Mərkəzi, IV meydança
14:30. “Marafon” – “Dinamo”
“Marafon Arena”
14:30. “Şirvan” – “Kür-Araz”
Şirvan Olimpiya İdman Kompleksi stadionu
9 oktyabr
14:30. “Ağdaş” – “Hypers”
Ağdaş şəhər stadionu
Qeyd edək ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən “Marafon Arena”da PFL tərəfindən yekun təftiş və test oyunu keçirilib. Təftişin nəticələrinə əsasən stadionun uyğunluğu təsdiqlənib və “Marafon” klubunun ev oyunlarını burada keçirməsinə icazə verilib.