- Misli Premyer liqa
- 16:32 07.10.2026
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, I təsnifat mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün açılış matçında “Qaradağ Lökbatan” “Şəki”ni qəbul edib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 12:0 hesablı böyük qələbəsi ilə yekunlaşıb.
Digər qarşılaşmada isə “Şəmkir” doğma meydan amilindən yararlana bilməyib. Komanda Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları oktyabrın 8-i və 9-da keçiriləcək.