- Misli Premyer liqa
- 16:55 08.10.2026
Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsində daha üç qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk oyununda “Difai” “Palms Sports” Futbol Mərkəzinin IV meydançasında “Zəngəzur”u qəbul edib. Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçlarda “Marafon” “Marafon Arena”da “Dinamo”nu 3:0 hesabı ilə məğlub edib. “Kür-Araz” isə Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Şirvan”dan 3:1 hesabı ilə üstün olub.
Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmalarda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” isə “Şəmkir”i 5:1 hesabı ilə məğlub edib.
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin son oyunu oktyabrın 9-da keçiriləcək.