- Misli Premyer liqa
- 21:37 09.10.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun ilk oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün açılış qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”in heyətində Benito və Rəhman Hacıyev fərqləniblər.
Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran Gəncə klubu turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Cəmi 2 xalı olan “Araz-Naxçıvan” isə sonuncu, 12-ci sırada qərarlaşıb.