- Misli Premyer liqa
- 21:37 09.10.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Neftçi” “Sabah”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan görüşdə komandalar fərqlənə bilməyiblər – 0:0.
Bu nəticədən sonra hər iki komandanın aktivində 16 xal var. “Neftçi” əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edir, “Sabah” isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış matçında “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. VII tura oktyabrın 11-də yekun vurulacaq.