10 oktyabr 2026. Şənbə

“Sumqayıt” “Qəbələ”ni darmadağın etdi


“Sumqayıt” “Qəbələ”ni darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasının VII turunda növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edib. “SOCAR Polymer Arena”da baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sumqayıt”ın heyətində Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67) fərqləniblər. Qonaqların yeganə qolunu isə Şahin Şahniyarov (25) vurub.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran “Sumqayıt” turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. 4 xalı olan “Qəbələ” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” qarşılaşması isə qolsuz bərabərliklə başa çatıb.







Misli Premyer liqa

“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi