- Misli Premyer liqa
- 20:04 11.10.2026
Futbol üzrə Misli Premyer Liqasının VII turunda növbəti qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Qarabağ” səfərdə “İmişli” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda təşkil olunan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Aleksey Kaşuk 59-cu, Jali Muaddib isə 88-ci dəqiqədə fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 4 xal olan “İmişli” isə doqquzuncu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” görüşü qolsuz heç-heçə ilə yekunlaşıb, “Zirə” və “Şamaxı” isə 1:1 hesablı bərabərliyə razılaşıblar.