16 avqust 2026. Bazar günü

Keşlə - Qəbələ: 51-ci duel


Keşlə - Qəbələ: 51-ci duel

Sabah Azərbaycan Premyer Liqasında IX turun oyunlarına start veriləcək.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. Komanda Bakıda yerli “Keşlə” ilə görüşəcək. Bu, iki komanda arasında 51-ci duel olacaq.

İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. Onun hesabında 5 qol var.

Komanda 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran futbolçularımız 38 top buraxıblar.

Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən komanda 58 qol buraxıb.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer