14 oktyabr 2026. Çərşənbə

Azərbaycan klubları avrokuboklarda tarixi rekorda imza atıblar


Azərbaycan klubları avrokuboklarda tarixi rekorda imza atıblar

Azərbaycan klubları avrokubokların 2026/2027-ci illər mövsümündə ümumilikdə 14-cü qələbələrini qazanaraq ölkə futbolu tarixində yeni rekorda imza atıblar.

Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a verilən məlumata görə, rekord UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”ın Çexiya təmsilçisi “Slaviya Praqa” üzərində 2:0 hesablı qələbəsi ilə qeydə alınıb.

Bundan əvvəl Azərbaycan klublarının avrokuboklarda bir mövsümdə qazandığı ən yüksək qələbə sayı 13 olub. Bu nəticə 2023/2024-cü illər mövsümündə qeydə alınıb.

Cari mövsümdə “Sabah” 7, “Qarabağ” 4, “Zirə” 2, “Neftçi” isə 1 qələbə qazanıb.

“Sabah”ın uğuru Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də müsbət təsir edib. Ölkəmizin cari mövsüm üzrə əmsalı 5,625-ə, son beş mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib.

Beləliklə, 24,125 xala malik İsraili qabaqlayan Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 24-cü sıraya yüksəlib.







Misli Premyer liqa

“Qarabağ” “İmişli”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 20:04 11.10.2026
“Qarabağ” “İmişli”yə qalib gəldi
“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi