16 oktyabr 2026. Cümə

“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub edib


“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub edib

Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, SOCAR Polymer Arenada keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”ın heyətində Ronaldo Vaskez 62-ci, Nihad Əhmədzadə isə 82-ci dəqiqədə fərqlənib. Qonaqların yeganə qolunu 32-ci dəqiqədə Alberto Fernandes vurub.

“Araz-Naxçıvan” matçın son dəqiqələrində azlıqda qalıb. Komandanın futbolçusu Ağadadaş Salyanskiy 85-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran “Sumqayıt” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Aktivində 2 xal olan “Araz-Naxçıvan” isə sonuncu – 12-ci yerdədir.

Qeyd edək ki, turun ilk oyununda “Şamaxı” “Şəfa”nı 3:2 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Qarabağ” “İmişli”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 20:04 11.10.2026
“Qarabağ” “İmişli”yə qalib gəldi
“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi