- Misli Premyer liqa
- 21:13 17.10.2026
Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirən “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası (PFL) tərəfindən xatirə mükafatları təqdim olunub.
90deqiqe.Az-ın məlumatına görə, PFL-in texniki-idman direktoru Elgiz Abbasov xüsusi hədiyyələri Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçından əvvəl təqdim edib.
“Qarabağ”ın mükafatı klubun 1000 oyunu ərzində əvvəl futbolçu, daha sonra isə klub rəsmisi kimi fəaliyyət göstərmiş, hazırda lisenziyalaşdırma üzrə menecer olan Şahid Həsənova verilib.
“Neftçi”nin mükafatını isə uzun illər klubun şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi vəzifəsində çalışan İqor Getman qəbul edib.