- Misli Premyer liqa
- 21:13 17.10.2026
Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş 3:3 hesabı ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. Draqolyub Saviç isə 52-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
“Qarabağ”ın heyətində Aleksey Kaşuk 18-ci dəqiqədə hesabı azaldıb. Renaldo Sefas 89-cu dəqiqədə, Kadi Borqes isə 90+3-cü dəqiqədə fərqlənərək Ağdam təmsilçisinə heç-heçə qazandırıblar.
Bu nəticədən sonra 17 xala malik “Neftçi” turnir cədvəlinin ikinci, eyni xalı olan “Qarabağ” isə üçüncü pilləsində qərarlaşıb.