18 oktyabr 2026. Bazar günü

“Sabah” “Qəbələ”ni darmadağın edib


“Sabah” “Qəbələ”ni darmadağın edib

Misli Premyer Liqasının VIII turunda “Sabah” səfərdə “Qəbələ” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın heyətində Abdulla Xaybulayev 45+2-ci dəqiqədə hesabı açıb. Aleksey İsayev 74-cü və 90+3-cü dəqiqələrdə fərqlənərək dubl edib. Coy-Lens Mikels isə 88-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran “Sabah” turnir cədvəlinə başçılıq edir. Aktivində 4 xal olan “Qəbələ” isə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı 3:2, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib