- Misli Premyer liqa
- 17:05 18.10.2026
Misli Premyer Liqasının VIII turunda daha bir qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında “İmişli” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran “İmişli” turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. 14 xalı olan “Turan Tovuz” isə dördüncü sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1, “Sabah” isə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. “Qarabağ” – “Neftçi” görüşündə isə qalib müəyyənləşməyib – 3:3.
Turun sonuncu matçında “Kəpəz” “Zirə” ilə qarşılaşacaq.