- Misli Premyer liqa
- 20:31 18.10.2026
Misli Premyer Liqasının VIII turunun sonuncu oyununda “Kəpəz” doğma meydanda “Zirə” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 57-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Blessinq Olabiran açıb. “Zirə” isə məğlubiyyətdən son dəqiqələrdə xilas olub. Qonaqların heyətində David Volkov 89-cu dəqiqədə başla dəqiq zərbə endirərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra 12 xala malik “Zirə” turnir cədvəlinin altıncı, 11 xalı olan “Kəpəz” isə yeddinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1, “Sabah” “Qəbələ”ni 4:0, “İmişli” isə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib. “Qarabağ” – “Neftçi” qarşılaşması isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.