19 oktyabr 2026. Bazar ertəsi

“Neftçi” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub


“Neftçi” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, yubiley qolu Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmada qeydə alınıb. “Neftçi”nin ikinci qolunu vuran Qustavo Klisman tarixi topun müəllifi olub.

Bakı təmsilçisi rəqib meydanlarında keçirdiyi 496-cı oyunda səfər qollarının sayını 701-ə çatdırıb. Bu göstəricidə “Neftçi” yalnız “Qarabağ”dan geri qalır.

Qeyd edək ki, “ağ-qaralar” səfərdə ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin qarşılaşmada bakılılar 3:1 hesablı qələbə qazanıblar.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib