- Misli Premyer liqa
- 11:03 19.10.2026
Azərbaycan Premyer Liqasının VIII turunda mövsümün ən yüksək tamaşaçı göstəricisi qeydə alınıb.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, turun altı qarşılaşmasını ümumilikdə 30 800 azarkeş stadionlardan izləyib. Əvvəlki rekord isə IV turda qeydə alınan 24 512 tamaşaçı göstəricisi olub.
VIII turun ən çox izlənilən oyunu “Kəpəz” – “Zirə” qarşılaşması olub. Gəncə şəhər stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçı 13 800 azarkeş izləyib.
“Qarabağ” – “Neftçi” görüşünə isə 13 500 tamaşaçı baxıb. Altı qolun vurulduğu qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Digər oyunlarda qeydə alınan tamaşaçı sayı belə olub:
“Şamaxı” – “Şəfa” (3:2) — 1 200 nəfər;
“Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) — 1 200 nəfər;
“Qəbələ” – “Sabah” (0:4) — 750 nəfər;
“İmişli” – “Turan Tovuz” (1:0) — 350 nəfər.
Beləliklə, turun oyunlarında orta tamaşaçı sayı 5 133 nəfər təşkil edib.