19 oktyabr 2026. Bazar ertəsi

“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci məğlubiyyətini alıb


“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci məğlubiyyətini alıb

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə uduzaraq ölkə çempionatlarının yüksək dəstəsində 50-ci məğlubiyyətini alıb.

Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumatına görə, yubiley məğlubiyyəti tovuzluların yüksək dəstədə keçirdikləri 149-cu oyunda qeydə alınıb.

Komanda indiyədək məğlubiyyətlərin 25-ni doğma meydanda, digər 25-ni isə səfərdə alıb. Bununla da “Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 50 və daha çox məğlubiyyət yaşayan 31-ci komanda olub.

Qeyd edək ki, bölgə təmsilçisinin ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda qeydə alınıb. Həmin qarşılaşma “Turan Tovuz”un 0:2 hesablı yenilgisi ilə başa çatıb.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib