16 avqust 2026. Bazar günü

Keşlə'nin baş məşqçisinə sarı vərəqə göstərilib


Keşlə'nin baş məşqçisinə sarı vərəqə göstərilib

Keşlə'nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur matçı zamanı dördüncü hakim Etibar Həsənova sərt etiraz edib.

Corner.az-ın məlumatına görə, buna gənc hakimin 48 yaşlı mütəxəssisə texniki zonadan kənara çıxdığını irad tutması səbəb olub. 

Əhmədov isə əsəbi halda "Dünən gəlmisiz, bəsdir də" formasında cavab verib. Daha sonra o, əlindəki su qabını yerə çırpıb.

Əhmədov yenə texniki zona qaydalarını pozduğu üçün 80-ci dəqiqədə baş hakim Rauf Cabbarov tərəfindən sarı vərəqə alıb.

Qeyd edək ki, hazırda "Keşlə" öndədir - 2:1.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer