16 avqust 2026. Bazar günü

Oyunun ağır keçəcəyini bilirdik - Elmar Baxşıyev


Oyunun ağır keçəcəyini bilirdik - Elmar Baxşıyev

"Oyunun ağır keçəcəyini bilirdik. İki futbolçumuz matçı buraxdı. Komandamız özünü ikinci hissədə göstərdi".

Corner az xəbər verir ki, bu fikirləri nu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, ikinci hissədə sistemdə dəyişiklik etmələri nəticəsində oyunda dönüşə nail olublar: "Birinci hissədə səhvlərə yol verdik. İkinci hissədə heyətdə dəyişiklik etmədik. Amma futbolçuların yanaşmasını dəyişdik. Nəticədə fərqli oyun sərgilədilər".

Baxşıyev Rauf Cabbarovun oyunu yaxşı idarə etdiyini də söyləyib: "Ona ciddi iradımız yoxdur. Sadəcə, oyunları davam etdirməli olduğu xırda follu epizodlarda fit çalaraq saxlayırdı".







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer