7 avqust 2026. Cümə

Oyuna yaxşı hazırlaşmışdıq - Zaur Həşimov


Oyuna yaxşı hazırlaşmışdıq - Zaur Həşimov

"Oyuna yaxşı hazırlaşmışdıq. Hazırlıq vaxtı futbolçulara ilk sözümüz o olmuşdu ki, "Zirə"nin əvvəlki əzmini qaytarmalıyıq. Futbolçular bu gün xarakter göstərdilər".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın IX turunda "Sabah"la səfərdə 2:2 hesablı heç-heçədən sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qolları mübarizəsiz buraxdıqları üçün təəssüflənir: "Qapımıza 3 zərbə endirildi, 2-i qol oldu. İlk hissə ilə müqayisədə, fasilədən sonra meydanda tam fərqli "Zirə" oldu. Buna görə oyunçulara təşəkkür edirəm".

Həşimov 2 qol vuran 21 yaşlı Nicat Süleymanovla matçdan əvvəl fərdi söhbətinin olduğunu bildirib: "Sevindirici haldır ki, sözlərimdən nəticə çıxarıb. Bu gün də iki qol vurdu, yaxşı təsir bağışladı. Onun çıxışı məni çox sevindiridi".

O, iki qol buraxan Orxan Sadıqlıya da sona qədər dəstək verəcəklərini bildirib.(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı