23 oktyabr 2024. Çərşənbə

"Azərbaycan çempionatında çox şey dəyişib" - Riçard Qadze


"Azərbaycan çempionatında çox şey dəyişib" - Riçard Qadze

Bir mövsümlük fasilədən sonra "Zirə"yə dönən Riçard Qadze Azərbaycan Premyer Liqasının 9-cu turunda "Sabah"la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün hər iki qolun ötürməsini verdiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?

- Əvvəlcə komanda, sonra fərdi nailiyyətlər gəlir. Öz evimə qayıtmışam, uzun müddətdir bu anı gözləyirdim. Özümün və komandanın performansından məmnunam.

- Sizin Azərbaycanda olmadığınız müddətdə Premyer Liqada nələr dəyişib?

- Dəyişən şeylər çoxdur. Yerində qalan nəsə yoxdur. Öz komandamla fəxr edirım.

- Baş məşqçi fiziki cəhətdən tam hazır olmadığınızı deyirdi. Amma bu gün yaxşı oynadınız və iki məhsuldar ötürmə verdiniz. Bu, hələ sizin ideal formanız deyil?

- Baş məşqçimiz sözlərində haqlı idi. Çünki 3 aydır futboldan kənar idim, 2 həftədir komanda ilə məşq edirəm. Çıxışım insanın məqsədləri ilə bağlıdır. Belə olan halda nə istədiyini bilirsən. Baş məşqçinin etimadını da yüksək qitmətləndirirəm. Bu, bizim aramızda olan hörmətdən irəli gəlir.

- Rumıniyanın "Voluntari" klubundan niyə ayrıldınız? Deyilənə görə, orada legionerlərə münasibət yaxşı olmayıb.

- Bu, təkcə oynamaqla bağlı problemlər deyildi. Həmçinin viza ilə bağlı sıxıntı vardı. Biz qarşılıqlı anlaşma ilə müqaviləyə xitam verdik.

- Rumıniya çempionatı bizi çox qabaqlayır?

- Elə də çox böyük fərq yoxdur. Sadəcə olaraq, kəskin fərq komandaların sayındadır.

- "Sabah"a keçmək variantınız vardı.

- Bəli, danışıqlar gedirdi, ancaq birdən dayandı. Heç bir rəsmiyyət yox idi, belə alındı (Report).







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir