- Misli Premyer liqa
- 20:57 23.10.2026
Misli Premyer Liqasının IX turuna start verilib.
90deqiqe.Az xəbər verir ki, günün ilk oyununda “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qırmızı-qaralar”ın heyətində 8-ci dəqiqədə İsmael Akinade, 48-ci dəqiqədə isə İsaak Amoah fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 36-cı dəqiqədə Mohamed Mara vurub.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran “Qəbələ” turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. İki xalı olan “Araz-Naxçıvan” isə sonuncu, 12-ci sırada qalıb.
Günün ikinci görüşündə “Zirə” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının IX turuna oktyabrın 25-də yekun vurulacaq.