- Misli Premyer liqa
- 20:57 23.10.2026
Misli Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.
90deqiqe.Az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş “qartallar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə isə Davit Volkov fərqlənib.
“Sumqayıt”ın qollarını 39-cu dəqiqədə Nihad Əhmədzadə, 56-cı dəqiqədə isə Keffel Resende vurub.
Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Zirə” turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. “Sumqayıt” isə 8 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun ilk oyununda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 25-də yekun vurulacaq.