- Misli Premyer liqa
- 21:35 24.10.2026
Misli Premyer Liqasının IX turunda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Palms Sports Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Breno Almeyda 44-cü dəqiqədə fərqlənib. Qonaqların bərabərlik qolunu isə 77-ci dəqiqədə Aleksa Yankoviç vurub.
Bu nəticədən sonra 18 xalı olan “Neftçi” turnir cədvəlinin ikinci, 15 xala malik “Turan Tovuz” isə dördüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Araz-Naxçıvan”ı 2:1, “Zirə” “Sumqayıt”ı 3:2, “Kəpəz” isə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 25-də yekun vurulacaq.