- Misli Premyer liqa
- 17:15 25.10.2026
Misli Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “İmişli” Yevlax şəhər stadionunda “Şamaxı”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“İmişli”nin heyətində Dioqo Almeyda 17-ci dəqiqədə, Seyxan Fərəcov isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib. “Şamaxı”nın yeganə qolunu 65-ci dəqiqədə Abdullahi Şuaybu vurub.
Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran “İmişli” turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. “Şamaxı” isə 13 xalla yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Araz-Naxçıvan”ı 2:1, “Zirə” “Sumqayıt”ı 3:2, “Kəpəz” isə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Turan Tovuz” matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.