- Misli Premyer liqa
- 21:35 25.10.2026
Misli Premyer Liqasının IX turunda “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Dalğa Arena”da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Sabah” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” isə 18 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Araz-Naxçıvan”ı 2:1, “Zirə” “Sumqayıt”ı 3:2, “Kəpəz” “Şəfa”nı 2:1, “İmişli” isə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Turan Tovuz” qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.