- Misli Premyer liqa
- 11:49 26.10.2026
“Sabah” Azərbaycan Premyer Liqasının tarixində rekord göstəricini təkrarlayıb.
Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi çempionatın ilk səkkiz oyununda cəmi bir qol buraxıb. Bu, hər matça orta hesabla 0,125 qol deməkdir.
1992-ci ildən keçirilən Azərbaycan çempionatında ümumilikdə beşinci dəfə bir komanda ilk səkkiz qarşılaşmada yalnız bir top buraxıb. Sonuncu dəfə buna 2016/2017-ci illər mövsümündə “Qəbələ” nail olub.
Sözügedən rekord ilk dəfə 2001/2002-ci illər mövsümündə “Neftçi” tərəfindən qeydə alınıb. Altı il sonra AZAL, daha doqquz il sonra isə “Xəzər Lənkəran” bu göstəricini təkrarlayıb.