- Misli Premyer liqa
- 21:21 27.10.2026
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
90deqiqe.Az xəbər verir ki, ilk oyunlarda “Araz-Naxçıvan” və “Marafon” qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Şimal”ı 6:0 hesabı ilə məğlub edib.
“Marafon” isə “Marafon Arena”da “Zaqatala” üzərində 1:0 hesablı qələbə qazanıb.
Beləliklə, 1/8 final mərhələsində “Araz-Naxçıvan” və “Marafon” üz-üzə gələcəklər.
Günün digər qarşılaşmalarında saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” isə Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. Saat 18:00-da isə “Səbail” “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin digər oyunları oktyabrın 28-29-da keçiriləcək.