28 oktyabr 2026. Çərşənbə

“Sumqayıt” – “Şəfa” oyununun keçiriləcəyi stadion müəyyənləşib


“Sumqayıt” – “Şəfa” oyununun keçiriləcəyi stadion müəyyənləşib

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da təşkil olunacaq.

90deqiqe.Azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması və davamlı istismara hazır olması üçün müəyyən müddət gözləmək məqsədəuyğun hesab edilib.

“Sumqayıt”ın bu mövsüm həmin stadionda ilk ev oyununun Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır.

Qarşılaşmadan əvvəl PFL nümayəndələri stadionda baxış keçirəcəklər.







Misli Premyer liqa