28 oktyabr 2026. Çərşənbə

Azərbaycan Kuboku: “Sumqayıt” və “Qəbələ” 1/8 finala yüksəlib


Azərbaycan Kuboku: “Sumqayıt” və “Qəbələ” 1/8 finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə,  “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” isə “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib.

 “Sumqayıt” “SOCAR Polymer Arena”da, “Qəbələ” isə Qəbələ şəhər stadionunda rəqiblərini qəbul edib.

Bu nəticələrdən sonra “Sumqayıt” 1/8 finalda “Qarabağ”la qarşılaşacaq. “Qəbələ”nin rəqibi isə MOİK – “Şahdağ Qusar” cütünün qalibi olacaq.

Günün ilk oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” isə “Zaqatala”nı 1:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Bu komandalar 1/8 finalda bir-birinə rəqib olacaqlar.

Hazırda davam edən “Səbail” – “Zirə” qarşılaşmasında isə ilk hissə başa çatıb. Fasiləyə qonaqlar 1:0 hesablı üstünlüklə yollanıblar.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin digər oyunları oktyabrın 28-29-da keçiriləcək.







Misli Premyer liqa