- Misli Premyer liqa
- 21:21 27.10.2026
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Zirə” penaltilər seriyasında “Səbail”ə qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.“Bank Respublika Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir dəfə fərqləniblər və hesab 2:2 olub.
Qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibindən 3:2 hesabı ilə üstün olan “Zirə” növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, günün digər oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” isə “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinin digər qarşılaşmaları oktyabrın 28-29-da keçiriləcək.