28 oktyabr 2026. Çərşənbə

Azərbaycan Kubokunda daha üç komanda 1/8 finala vəsiqə qazanıb


Azərbaycan Kubokunda daha üç komanda 1/8 finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün qarşılaşmalarında “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” isə “Haypers”i 5:1 hesabı ilə məğlub edib.

Nəticələrə əsasən, “Şahdağ Qusar” 1/8 finalda “Qəbələ” ilə, “İmişli” “Sabah”la qarşılaşacaq. “Şamaxı”nın rəqibi isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi olacaq.

Bu gün daha iki oyun keçiriləcək. Saat 16:00-da “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni qəbul edəcək. Günün sonuncu görüşündə isə saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.







Misli Premyer liqa