28 oktyabr 2026. Çərşənbə

Azərbaycan Kubokunda daha bir 1/8 finalçı müəyyənləşib


Azərbaycan Kubokunda daha bir 1/8 finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha bir oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “SOCAR Polymer Arena”da “Şəfa” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra 1/8 finala vəsiqə qazanan “Şəfa” növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacaq.

Günün sonuncu oyunu saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında keçiriləcək.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” isə “Haypers”i 5:1 hesabı ilə məğlub edib.

Nəticələrə əsasən, “Şahdağ Qusar” 1/8 finalda “Qəbələ” ilə, “İmişli” “Sabah”la qarşılaşacaq. “Şamaxı”nın rəqibi isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi olacaq.

Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” də 1/8 finala vəsiqə qazanıblar. Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.







Misli Premyer liqa