- Misli Premyer liqa
- 21:18 28.10.2026
“Kəpəz” futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə təmsilçisi II təsnifat mərhələsində “Baku Sportinq” komandası ilə qarşılaşıb. Görüş “Kəpəz”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mərhələnin digər oyunlarında “İmişli” “Qaradağ Lökbatan”ı 4:1, “Şamaxı” “Hypers”i 5:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şəfa” isə “Ağstafa Gəncləri”ni 9:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə üstələyib. “Zirə” isə “Səbail”lə əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.