- Misli Premyer liqa
- 17:27 29.10.2026
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə iki oyunla yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, ilk qarşılaşmada I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gəliblər. Əlavə vaxtda rəqibini 3:2 hesabı ilə məğlub edən “Gəncəbasar” 1/8 finala vəsiqə qazanıb.
Digər görüşdə isə I Liqada çıxış edən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”u 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.
Beləliklə, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün iştirakçıları və cütlükləri müəyyənləşib.
1/8 final mərhələsinin cütlükləri
“Gəncəbasar” – “Şamaxı”
“Karvan-Yevlax” – “Zirə”
“Araz-Naxçıvan” – “Marafon”
“Sabah” – “İmişli”
“Sumqayıt” – “Qarabağ”
“Qəbələ” – “Şahdağ Qusar”
“Şəfa” – “Neftçi”
“Turan Tovuz” – “Kəpəz”
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 1-2-də keçiriləcək.