30 oktyabr 2026. Cümə

Azərbaycan Kubokunda tamaşaçı rekordu yenilənib - “Kəpəz” – “Baku Sportinq” matçını 5000 nəfər izləyib


Azərbaycan Kubokunda tamaşaçı rekordu yenilənib  - “Kəpəz” – “Baku Sportinq” matçını 5000 nəfər izləyib

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Kəpəz” – “Baku Sportinq” qarşılaşması (3:1) 5000 tamaşaçı tərəfindən izlənilib.

Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, bu, kubokun hazırkı formatda keçirildiyi son dörd mövsümün təsnifat mərhələləri üzrə rekord göstəricisidir. Əvvəlki rekord 1500 tamaşaçı olub. Bu göstərici ilk dəfə 2023/2024-cü illər mövsümündə II təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” (5:1) matçında qeydə alınıb, 2024/2025-ci illər mövsümündə isə I təsnifat mərhələsinin “Şəki” – “Şəmkir” (0:1) qarşılaşmasında təkrarlanıb. Gəncədə keçirilən son görüşdə isə bu göstərici 3,33 dəfə üstələnib.

Ümumilikdə II təsnifat mərhələsinin 12 oyununu 6830 tamaşaçı izləyib. Bu da həmin mərhələ üzrə son dörd mövsümün rekordudur. Müqayisə üçün, 2023/2024-cü illər mövsümündə 11 oyunda 3955, 2024/2025-ci illər mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026-cı illər mövsümündə isə 12 matçda 2000 tamaşaçı qeydə alınıb.

I təsnifat mərhələsinin altı oyununda 780 tamaşaçının iştirak etdiyini nəzərə alsaq, Azərbaycan Kubokunun ilk iki təsnifat mərhələsini ümumilikdə 7610 nəfər izləyib. Bu da son dörd mövsümün ən yüksək göstəricisidir. Əvvəlki mövsümlərdə bu rəqəm 2023/2024-cü illərdə 5615, 2024/2025-ci illərdə 4560, 2025/2026-cı illərdə isə 2290 olub.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunlarında qeydə alınan tamaşaçı sayı belə olub:

  • “Şimal” – “Araz-Naxçıvan” – 50;

  • “Marafon” – “Zaqatala” – 300;

  • “İmişli” – “Qaradağ Lökbatan” – 20;

  • “Kür-Araz” – “Sumqayıt” – 600;

  • “Qəbələ” – “Mingəçevir” – 150;

  • MOİK – “Şahdağ Qusar” – 100;

  • “Xankəndi” – “Gəncəbasar” – 20;

  • “Haypers” – “Şamaxı” – 300;

  • “Şəfa” – “Ağstafa Gəncləri” – 50;

  • “Zəngəzur” – “Karvan-Yevlax” – 40;

  • “Səbail” – “Zirə” – 200;

  • “Kəpəz” – “Baku Sportinq” – 5000.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb