- Misli Premyer liqa
- 20:59 30.10.2026
Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə daha bir məhsuldarlıq rekordu müəyyənləşib.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az--a verilən məlumata görə, II təsnifat mərhələsinin 12 qarşılaşmasında ümumilikdə 71 qol vurulub.
Bu, turnirin hazırkı formatda keçirildiyi dövr üçün həmin mərhələnin ən yüksək göstəricisidir. Müqayisə üçün, 2023/2024-cü illər mövsümündə 11 oyunda 41, 2024/2025-ci illər mövsümündə 11 qarşılaşmada 55, 2025/2026-cı illər mövsümündə isə 12 matçda 49 qol qeydə alınıb. Cari mövsümdə II təsnifat mərhələsinin orta məhsuldarlığı hər oyuna 5,92 qol təşkil edib.
Azərbaycan Kubokunun 34 illik tarixində orta məhsuldarlıq baxımından ən yüksək göstəriciyə malik I təsnifat mərhələsinin altı oyununda 36 qol vurulub. Beləliklə, cari mövsümün ilk iki təsnifat mərhələsində keçirilən 18 qarşılaşmada ümumilikdə 107 qol qeydə alınıb.
Bu, turnirin hazırkı formatda keçirildiyi dövr üçün təsnifat mərhələlərində yeni rekorddur. Əvvəlki mövsümlərdə 1/8 finala qədər keçirilən 18 oyunda 2023/2024-cü illərdə 58, 2024/2025-ci illərdə 80, 2025/2026-cı illərdə isə 72 qol vurulub.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları aşağıdakı hesablarla başa çatıb:
“Şimal” – “Araz-Naxçıvan” – 0:6
“Marafon” – “Zaqatala” – 1:0
“İmişli” – “Qaradağ Lökbatan” – 4:1
“Kür-Araz” – “Sumqayıt” – 0:11
“Qəbələ” – “Mingəçevir” – 3:0
MOİK – “Şahdağ Qusar” – 1:9
“Xankəndi” – “Gəncəbasar” – 2:3
“Hypers” – “Şamaxı” – 1:5
“Şəfa” – “Ağstafa Gəncləri” – 9:2
“Zəngəzur” – “Karvan-Yevlax” – 1:4
“Səbail” – “Zirə” – 2:2 (penaltilər – 2:3)
“Kəpəz” – “Baku Sportinq” – 3:1