30 oktyabr 2026. Cümə

“Turan Tovuz” son çempion “Sabah”ı məğlub edib


“Turan Tovuz” son çempion “Sabah”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış qarşılaşmasında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”ı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahiblərinin heyətində Enrike Silva 28-ci, Joralem Santos isə 30 və 37-ci dəqiqələrdə fərqlənərək dubl edib. “Sabah”ın qollarını isə 70-ci dəqiqədə Coy Lens Mikels, 87-ci dəqiqədə Ksander Severina vurublar.

Bu nəticədən sonra ehtiyatda bir oyunu qalan “Sabah” 20 xalla turnir cədvəlinə başçılıq edir. “Turan Tovuz” isə 10 oyundan sonra 18 xalla dördüncü pillədə qərarlaşıb.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb