- Misli Premyer liqa
- 19:59 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Patrik Andrade 22-ci, Ağadadaş Salyanski 62-ci dəqiqədə fərqlənib. “Zirə”nin qollarını isə 69-cu dəqiqədə Eren Aydın, 87-ci dəqiqədə Mehdi Mişahşah vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Zirə” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 3 xalla sonuncu – 12-ci yerdədir.
Qeyd edək ki, turun ötən gün keçirilən açılış matçında “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.