31 oktyabr 2026. Şənbə

“Qəbələ” doğma meydanda “Qarabağ”la heç-heçə edib


“Qəbələ” doğma meydanda “Qarabağ”la heç-heçə edib

Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Bu nəticədən sonra 19 xala malik “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Qəbələ” isə 8 xalla 10-cu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” və “Zirə” isə 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb